Peşəkar Müsahibə Hazırlığı
Müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə müsahibə mərhələsinə tam zəmanətli və sistemli hazırlıq. Təhsil qanunvericiliyi, pedaqogika, psixologiya və dünyagörüşü üzrə dərinləşdirilmiş proqram.
Tədris Modulları
Psixoloji Hazırlıq
Müsahibə həyəcanının idarə olunması, özgüvənin formalaşdırılması və stressə davamlılığın artırılması.
Özünü Təqdimetmə
Komissiya qarşısında düzgün diksiya, bədən dili və peşəkar imic formalaşdırma bacarıqları.
Pedaqoji Prosesin Təşkili
Müasir kurikulum standartlarına uyğun təlim prosesinin qurulması və effektiv tədris mühitinin yaradılması.
Dərsin Planlaşdırılması
Gündəlik və illik planlaşdırmanın (icmalların) düzgün tərtibi, məqsəd və fəaliyyətlərin uyğunlaşdırılması.
Qiymətləndirmə Bacarıqları
Formativ, summativ və diaqnostik qiymətləndirmə üsullarının praktik tətbiqi və rubriklərin hazırlanması.
Sinfin İdarə Edilməsi
Şagird-müəllim münasibətlərinin tənzimlənməsi, çətin davranışlarla iş və intizam qaydaları.
İxtisasa Özəl Praktika
İxtisas üzrə verilə biləcək situasiya suallarının və elmi-nəzəri mövzuların təhlili.
Dünyagörüşü
Ümumi erudisiya, ölkə və dünya gündəmindəki əsas məsələlər barədə məlumatlılıq.
