Məktəblilərin tarix fənninə marağını artırmaq, analitik və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, onların tarixi biliklərini tətbiq etmə qabiliyyətini yoxlamaq.

Ən çox verilən suallar | Xronos Olimpiadası

Ən çox verilən suallar

1. Xronos Tarix Olimpiadasında kimlər iştirak edə bilər?
VI–XI sinif şagirdləri iştirak edə bilər.
2. İştirak üçün qeydiyyat necə aparılır?
Rəsmi sayt üzərindən onlayn qeydiyyat forması doldurulmalıdır.
3. Qeydiyyat ödənişlidirmi?
Bəli, iştirak haqqı birdəfəlik olaraq bütün turlar üçün 8 AZN təşkil edir.
4. Olimpiada neçə mərhələdən ibarətdir?
3 mərhələdən: Test, Analitik yazı və Tarixi oyun mərhələləri.
5. Olimpiada hansı platformada keçirilir?
Bütün mərhələlər rəsmi xronos.info platformasında keçirilir.
6. Cavablar necə qiymətləndirilir?
Qiymətləndirmə rubrika və obyektiv meyarlar əsasında həyata keçirilir.
7. İştirakçıya hansı sənədlər təqdim olunur?
Finala yüksəlmiş hər kəsə sertifikat, qaliblərə diplom və hədiyyələr təqdim olunur.
8. Suallar hansı fənn üzrədir?
Azərbaycan və Dünya tarixi üzrə müxtəlif tiplərdə suallar təqdim olunur.
9. Köçürmə və plagiat aşkarlandıqda nə baş verir?
İştirakçı dərhal diskvalifikasiya olunur.
10. Final mərhələsi necə keçirilir?
Oyun formatında: Tarixdə bir gün, Zaman tuneli və s. ssenarilər əsasında keçirilir.
11. Olimpiadanın təqvimi nə vaxt elan olunur?
Bütün tarixlər rəsmi şəkildə əvvəlcədən elan edilir və sosial mediada paylaşılır. İlk tur 15 iyun saat 12:00-da keçiriləcək.
12. Mübahisəli hallarda kim qərar verir?
Təşkilat Komitəsi yekun qərar hüququna malikdir.
13. Təlimatlar necə təqdim olunur?
Qeydiyyatdan sonra hər bir iştirakçıya şəxsi iştirak kodu və təlimat göndərilir.
14. Əgər texniki problem yaşanarsa?
Texniki problemlərlə bağlı dəstək üçün info@xronos.az ünvanına yazın.
15. Suallar hansı formada olur?
Çoxvariantlı test, uyğunluq, açıq sual və analitik esse formatında təqdim olunur.