Xronos Sınaq Mərkəzi – Azərbaycan XI-XV Əsrlərdə
I Bölmə: Qapalı test tapşırıqları (1-22)
II Bölmə: Açıq test tapşırıqları (23-27)
23. Azərbaycanın XI-XV əsrlər tarixinə aid doğru tarixi faktları seçin:
- Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Xudafərin körpüsü inşa edilmişdir.
- Xarəzmşah Cəlaləddinin yürüşü nəticəsində Atabəylər dövləti süqut etmişdir.
- Ağqoyunlu hökmdarı Yaqub padşahın əmri ilə Göy məscid tikilmişdir.
- Elxani hökmdarı Qazan xan İslamı rəsmən qəbul edərək məscid və mədrəsələrin bərpasına başlamışdır.
- Qaraqoyunlu və Ağqoyunlu ordularında “Qaravul” adlanan məmurlar vilayətlərdən qoşun toplayırdılar.
- Səlcuq sərkərdəsi Çağrı bəy kəşfiyyat yürüşünə çıxaraq Bizans qoşununa qalib gəlmişdir.
1
2
3
4
5
6
24. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edin: (Sıralamaq üçün üzərinə klikləyin)
Mövcud Variantlar (Klikləyərək seçin):
1. Şəddadi-oğuz qüvvələrinin Bizans-erməni qoşunlarını məğlub etməsi.
2. Səlcuqların Şirvanşahlar dövlətini tabe edərək Azərbaycanın işğalını başa çatdırması.
3. Monqolların Azərbaycana birinci yürüşü zamanı Şamaxının qarət edilməsi.
4. Təbrizdə Göy məscidin inşa edilməsi.
5. Nəsirəddin Tusi tərəfindən Marağa rəsədxanasının yaradılması.
Sizin Sıralamanız (Çıxarmaq üçün klikləyin):
25. Nəsirəddin Tusinin rəhbərliyi altında Marağa rəsədxanasının inşa edildiyi ildən, Səlcuqların Şirvanşahlar dövlətini tabe etdiyi ili çıxın. Alınan nəticənin üzərinə Xudafərin körpüsünün tikildiyi ilin son iki rəqəmini əlavə edin.
26. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hərbi və siyasi idarəçilik terminlərini izahları ilə uyğunlaşdırın:
1. Kənqaş
2. Xassə əsgərləri
3. Təvaçi
a. Ordunun özəyini təşkil edən və illik maaş alan daimi qoşun növü.
b. Sülalə üzvlərindən və əmirlərdən təşkil olunan məşvərət orqanı.
c. Müharibə ərəfəsində vilayətlərdən qoşun toplayan və sayını dəqiqləşdirən məmur.
d. Sərhədləri qoruyan və asılı dövlətlərdən vergi toplayan canişin.
2. Xassə əsgərləri
3. Təvaçi
a. Ordunun özəyini təşkil edən və illik maaş alan daimi qoşun növü.
b. Sülalə üzvlərindən və əmirlərdən təşkil olunan məşvərət orqanı.
c. Müharibə ərəfəsində vilayətlərdən qoşun toplayan və sayını dəqiqləşdirən məmur.
d. Sərhədləri qoruyan və asılı dövlətlərdən vergi toplayan canişin.
| A | B | C | D | |
|---|---|---|---|---|
| 1 | ||||
| 2 | ||||
| 3 |
27. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri seçin:
- Səbəb: Monqolların Dərbənd keçidini aşa bilməmələri. Nəticə: Monqol sərkərdələrinin hiylə işlədərək dağ yolu ilə Azərbaycanı tərk etmələri.
- Səbəb: Səlcuqların Azərbaycana gəlişi. Nəticə: Azərbaycan xalqının Cənubi Qafqazda başlıca etnik və siyasi amilə çevrilməsi.
- Səbəb: 1488-ci il Şahdağı və 1494-cü il Şəməsi döyüşləri. Nəticə: Səfəvilərin qələbə qazanaraq mərkəzləşmiş dövlət yaratmaları.
- Səbəb: Qazan xanın iqtisadi islahatları və İslamı qəbul etməsi. Nəticə: Məscid və mədrəsələrin bərpa olunaraq təhsilin yenidən canlanması.
- Səbəb: Əmir Teymurun Azərbaycana birinci yürüşü (1386). Nəticə: Şəki hakimliyinin Teymurun qoşunlarını məğlub edərək müstəqilliyini elan etməsi.
1
2
3
4
5
III Bölmə: Situasiya sualları (28-30)
Situasiya mətni: “XIII yüzilliyin 20-ci illərində Azərbaycan ərazisində güclü, vahid mərkəzləşmiş dövlət mövcud deyildi. Ölkədə feodal pərakəndəliyi hökm sürürdü və əsasən iki böyük yerli dövlət qüvvədə idi. Bu zaman şərqdən yeni istilaçıların güclü axını başladı. 1221-ci ildə Təbriz, Sərab, Beyləqan və Gəncəni ələ keçirən bu istilaçılar daha sonra Şirvana hücum edərək onun əsas şəhərini tutub qarət etdilər. Onlar şimala – öz vətənlərinə qayıtmaq üçün qədimdən bəri istifadə edilən və Azərbaycanı şimaldan qoruyan əsas strateji keçidə üz tutdular. Lakin bu keçid son dərəcə möhkəmləndirildiyi üçün onu yara bilmədilər. Sərkərdələr xüsusi bir hiylə işlədərək yerli bələdçilərin köməyi ilə dağ yolu tapıb Azərbaycanı tərk etməyə müvəffəq oldular. Lakin bu yürüş və onu izləyən sonrakı axınlar şəhər həyatına, mədəniyyətə və iqtisadiyyata sarsıdıcı zərbə vurdu, bir çox tarixi memarlıq və elm mərkəzləri məhv edildi.”
28. Mətndə bəhs edilən XIII yüzilliyin 20-ci illərində Azərbaycana hücum etmiş istilaçılar kimlər idi və onların yürüşü ərəfəsində (1221-ci ildə) Azərbaycanda mövcud olmuş iki böyük yerli dövlətin adını yazın.
Doğru/Gözlənilən Cavab: monqollar idi. Atabəylər (Eldənizlər) dövləti və Şirvanşahlar dövləti
29. Mənbəyə əsasən, istilaçıların tutub qarət etdiyi “Şirvanın əsas şəhəri” hansı şəhər idi və onların keçə bilmədiyi, Azərbaycanı şimaldan qoruyan “əsas strateji keçid” necə adlanırdı?
Doğru/Gözlənilən Cavab: Şamaxı, Dərbənd (Dərbənd keçidi)
30. Tarixi biliklərinizə əsasən, bu istilaçıların yürüşlərinin Azərbaycanın təhsilinə və mədəniyyətinə vurduğu zərbələri göstərən ən azı iki fakt (nəticə) qeyd edin.
Doğru/Gözlənilən Cavab: Şəhərlərin və şəhər həyatının dağıdılması; Məscidlərin və məktəblərin (mədrəsələrin) məhv edilməsi, əvəzində bütxanaların yaradılması, hansı ki, İslam dininə, elmə və maarifə öldürücü təsir etdi (və ya İntibah dövrü ilə müqayisədə geriləməyə səbəb oldu).
