Xronos Sınaq Mərkəzi – Qədim Şərq

I Bölmə: Qapalı test tapşırıqları (1-22)
II Bölmə: Açıq test tapşırıqları (23-27)
23. Qədim Hindistan tarixinə aid olan ifadələri seçin:
  1. E.ə. 180-ci ildə ölkə yenidən ayrı-ayrı dövlətlərə parçalanaraq Mauriya sülaləsinə son qoyulmuşdur.
  2. Aşoka ölkəni vahid dövlətdə birləşdirərək konfutsi təlimini dövlət səviyyəsində yaymışdır.
  3. Hər sütunu bütöv daş parçasından yonulmuş, üzərində dörd aslan heykəli olan memarlıq abidələri ucaldılmışdır.
  4. Riyaziyyatda dairəni 360 dərəcəyə bölən 60-lıq say sistemi ixtira edilmişdir.
  5. E.ə. II minillikdə köçəri ari tayfaları şimal-qərbdən hərəkət edərək yerli əhali ilə qarışmışdır.
  6. Sin Şi Xuandi tərəfindən yaradılmış hərbi taktika vasitəsilə Makedoniyalı İsgəndərin hücumunun qarşısı alınmışdır.
1
2
3
4
5
6
24. Qədim Şərq dövlətlərinin tarixində baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin: (Sıralamaq üçün üzərinə klikləyin)
Mövcud Variantlar (Klikləyərək seçin):
1. Makedoniyalı İsgəndərin Hindistana yürüş edərək Hind çayına qədər olan torpaqları ələ keçirməsi
2. Kutilərin hücumu nəticəsində dünyada ilk imperiya olan Akkadın süqut etməsi
3. Teoman Tanhunun hun tayfalarını birləşdirərək vahid Asiya Hun dövlətini yaratması
4. Yuxarı Misirin Aşağı Misir üzərində qələbəsi ilə Vahid Misir dövlətinin yaranması
Sizin Sıralamanız (Çıxarmaq üçün klikləyin):
25. Xeops ehramının hündürlüyünün (metrlə) və Qədim Misir təqvimində hər ayın neçə gündən ibarət olduğunu toplayın.
26. Hökmdarların, vəzifələrin və dini anlayışların yaranıb fəaliyyət göstərdiyi dövlətləri müəyyən edin:
1. Qədim Misir
2. Qədim İkiçayarası
3. Qədim Hindistan

a. “Böyük ev” mənasını verən hökmdar titulu (Firon)
b. İlahi iradənin təcəssümü hesab olunan və cəmiyyəti dəyişməyən təbəqələrə bölən “kasta” sistemi
c. Məbəd kahinlərinin idarəçiliyinə əsaslanan “teokratiya” və ya “Ensi” titulu
d. Xəzinə, məhkəmə orqanları və ölkənin təsərrüfat həyatını idarə edən “Çati” vəzifəsi
ABCD
1
2
3
27. Hadisə və nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri seçin:
  1. Hadisə: Çində Xan sülaləsinin hökmdarlarının geniş işğalları. Nəticə: Çinin dünya ticarət yollarına, o cümlədən Böyük İpək yoluna çıxışının təmin olunması.
  2. Hadisə: Şumerdə Ensi və Luqalların səlahiyyətlərini öz övladlarına ötürməsi. Nəticə: Hakimiyyətin irsən keçməsi və xalq idarəçiliyinin bir şəxsin mütləq hakimiyyəti ilə əvəzlənməsi.
  3. Hadisə: Misir fironu II Ramzesin Hetlərlə müharibəsi. Nəticə: Misirin Şimali Suriyanı itirməsi, lakin Fələstin, Finikiya və Cənubi Suriyanı əlində saxlayaraq Kadeş sülhünün imzalanması.
  4. Hadisə: Aşokanın buddizm dinini qəbul etməsi. Nəticə: Brahmanların Hindistanda ali hakimiyyəti silah gücünə tam ələ alması və vahid dövlətin yaranması.
  5. Hadisə: Qautamanın təliminin yayılması. Nəticə: Çində idarəetməyə qarşı “Qırmızıqaşlılar” üsyanının baş verməsi və Xan sülaləsinin süqutu.
1
2
3
4
5
III Bölmə: Situasiya sualları (28-30)
Situasiya mətni: “Qədim dövrdə Dəclə və Fərat çayları arasında yerləşən, müdafiə üçün heç bir təbii maneəsi (dağlar, dənizlər) olmayan bu düzənlik ərazi özünün zənginliyi və relyefinə görə bəzən ‘Bərəkətli Aypara’ da adlandırılırdı. Bu sivilizasiyanın köklü sakinləri hesab olunmayan, e.ə. VII-VI minilliklərdə Mərəzi Asiya, Altay dağlarının ətəkləri və Cənubi Qafqazdan gəldiyi güman edilən boylar burada yaşayış məskənləri salmışdır. Daş və ağac çatışmazlığı olan bu vadidə onlar çiy kərpicdən 3, 5, 7 mərtəbəli möhtəşəm pilləli məbədlər tikir və bu tikililərin ən yuxarı hissəsindən fərqli, elmi məqsədlər üçün istifadə edirdilər. Onlar tarixdə ilk dəfə olaraq cəmiyyətin dini qanunlarla idarə edildiyi dövlət idarəetmə forması yaratmışdılar ki, burada baş kahinlər böyük siyasi gücə malik idi.”
28. Mətndə bəhs edilən sivilizasiyanın memarlığına xas olan, çiy kərpicdən tikilmiş pilləli məbəd necə adlanırdı və bu abidənin ən üst mərtəbəsi əsasən hansı məqsədlə istifadə olunurdu?
29. Mətndə təsvir edilən bu xalqın ilkin dövrlərində mövcud olmuş, cəmiyyətin dini qanunlarla və kahinlərin rəhbərliyi altında idarə edildiyi siyasi sistem (idarəetmə forması) termin olaraq necə adlanırdı?
30. Mənbəyə əsasən, bu sivilizasiyanın mənsub olduğu xalqın e.ə. IV minilliyin sonu – e.ə. III minilliyin əvvəllərində yaratdığı, mərkəzi müdafiə qalaları ilə əhatə olunmuş ilk müstəqil idarəetmə vahidləri (siyasi qurumları) ümumi olaraq necə adlanırdı və onlardan ən azı ikisinin adını qeyd edin.