Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
Şərqin İlk Demokratik Dövləti

🗓️ 20 May | ⏰ 20:00
Bu vebinar Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu tarixinə həsr olunub. İştirakçılar dünyəvi təməl üzərində qurulan ilk türk dövlətinin formalaşma mərhələləri, dövlət quruculuğu istiqamətində atdığı addımlar, iqtisadi və mədəni tərəqqi, eləcə də beynəlxalq arenada tanınma uğrunda apardığı çətin diplomatik mübarizə haqqında ətraflı məlumat əldə edəcəklər. Vebinar xüsusilə MİQ, sertifikasiya və qəbul imtahanlarına hazırlaşan müdavimlər və tarix sevərlər üçün mükəmməl bələdçi rolunu oynayacaqdır.

Vebinarın Planı (Əsas Mövzular)

  • I. İstiqlaliyyətin Elanı: Cənubi Qafqaz Seyminin dağılması və 28 May 1918-ci ildə Milli Şura tərəfindən İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsi.
  • II. Dövlət Quruculuğu və Rəmzlər: Milli Hökumətin Tiflisdən Gəncəyə köçməsi ilə başlayan “Gəncə dövrü”. Dövlət bayraqlarının (24 iyun və 9 noyabr 1918-ci il) qəbulu və 120 deputatdan ibarət, Əlimərdan bəy Topçubaşovun sədrlik etdiyi Parlamentin fəaliyyətə başlaması (7 dekabr 1918-ci il).
  • III. Daxili və Sosial-İqtisadi Siyasət: M.Ə.Rəsulzadənin “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” konsepsiyası əsasında həyata keçirilən sosial tədbirlər, ərzaq təhlükəsizliyi, inflyasiya ilə mübarizə və qaçqınlara yardım siyasəti.
  • IV. Maarif və Mədəniyyət: Əhalinin maarifləndirilməsi, “İstiqlal” muzeyinin yaradılması və Dövlət Teatrının (ilk tamaşa N.Nərimanovun “Nadir şah” faciəsi idi) fəaliyyətə başlaması.
  • V. Xarici Siyasət və Diplomatik Uğurlar: 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə imzalanan və AXC-nin ilk rəsmi tanınmasını təsdiqləyən Batum müqaviləsi. Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti və 11 yanvar 1920-ci ildə dövlətimizin de-fakto tanınması.
  • VI. Cümhuriyyətin Süqutu: Ölkə daxilindəki siyasi böhran və 1920-ci ilin aprelində baş vermiş bolşevik işğalı nəticəsində 23 aylıq müstəqilliyin sona çatması.