Tarix Müəllimləri Üçün
MİQ Hazırlığı
Müəllimlərin İşə Qəbulu imtahanında yüksək nəticə göstərmək və istədiyiniz məktəbə təyin olunmaq üçün ən etibarlı ünvan. İxtisas və Kurikulum bir arada!
MİQ Hazırlığında Niyə Bizi Seçməlisiniz?
Rəqabətin çox olduğu MİQ imtahanında standart biliklərlə kifayətlənmirik, sizi ən çətin tipli suallara hazırlayırıq.
Sistemli Nəzəriyyə
Orta məktəb dərslikləri əsasında xronoloji və məntiqi ardıcıllıqla qurulmuş, yorucu olmayan video və canlı dərslər.
Çətin Tipli Sualların İzahı
İmtahanda bal fərqi yaradan qapalı, açıq və mətn tipli mürəkkəb sualların xüsusi tapılma texnikaları.
Kurikulum və İxtisas Birgə
İmtahanın hər iki bloku üzrə vahid mərkəzdən hazırlıq. Kurikulumun əzbərçilikdən uzaq, situasiya əsaslı izahı.
Necə Hazırlaşırıq?
İmtahan gününə qədər keçəcəyimiz 3 əsas mərhələ.
Baza və Nəzəriyyə Mərhələsi
Azərbaycan və Ümumi Tarix dərsliklərinə tam hakim olmaq. Xəritə, mədəniyyət və xronologiya dərslərinin xüsusi olaraq keçilməsi. Hər mövzunun sonunda mövzu sınaqlarının işlənməsi.
Məntiqi Əlaqələndirmə və Kurikulum
Hadisələr arası səbəb-nəticə əlaqələrinin qurulması. Eyni vaxtda təhsil strategiyaları və Pedaqogika üzrə situasiya tipli testlərin müzakirəsi və kurikulumun tam mənimsənilməsi.
Sınaqlar və İmtahan Strategiyası (“Kamp”)
Son 2 ay ərzində yalnız MİQ səviyyəli Ümumi Sınaqların (İxtisas 40 + Kurikulum 20) işlənməsi. Vaxtın idarəedilməsi və imtahan həyəcanının aradan qaldırılması üçün intensiv praktikalar.
Hazırlıq Paketləri
Hədəfinizə uyğun paketi seçin və bu gündən fərq yaratmağa başlayın.
Aylıq Hazırlıq
- Həftədə 3 canlı (Meet) ixtisas dərsi
- Dərslərin video qeydləri
- Mövzu sınaqları (Hər həftəsonu)
- Qrup müzakirələri
Tam Paket (İxtisas + Kurikulum)
- Xronos.info elektron bazasına Limitsiz giriş
- Bütün mövzu və MİQ tipli Ümumi sınaqlar
- İmtahan öncəsi xüsusi təkrar “Kamp”ları
- Sınaq nəticələrinin fərdi təhlili