Xronos Sınaq Mərkəzi – Azərbaycan Tarixinin Qədim Dövrü

I Bölmə: Qapalı test tapşırıqları (1-22)
II Bölmə: Açıq test tapşırıqları (23-27)
23. Son Tunc – Erkən Dəmir dövrü (e.ə. XIV-VII əsrlər) üçün xarakterik olan tarixi hadisələri seçin:
  1. Ayaqla hərəkətə gətirilən dulus çarxının ixtira olunması.
  2. Təbəqələşməni əks etdirən ilk kurqanların yaranması.
  3. Sənətkarların içərisindən sənətkar-tacirlər qrupunun ayrılaraq üçüncü ictimai əmək bölgüsünün baş verməsi.
  4. “Quruçay mədəniyyəti”nin formalaşması.
  5. Müdafiə məqsədilə iri daşlardan siklopik tikililərin inşa edilməsi.
1
2
3
4
5
24. Qədim Azərbaycan tarixində baş vermiş siyasi və hərbi hadisələrin xronoloji ardıcıllığını müəyyən edin: (Sıralamaq üçün üzərinə klikləyin)
Mövcud Variantlar (Klikləyərək seçin):
1. Atropatın Makedoniyalı İsgəndər tərəfindən Kiçik Midiyaya satrap təyin edilməsi.
2. Maqneziya döyüşündə Selevkilərin məğlubiyyəti nəticəsində Atropatenanın yenidən müstəqil olması.
3. Manna hökmdarı Azanın qətlə yetirildiyi Uauş döyüşünün baş verməsi.
4. Əhəməni imperiyasının süqutunu sürətləndirən Qavqamela döyüşünün baş verməsi.
Sizin Sıralamanız (Çıxarmaq üçün klikləyin):
25. Makedoniyalı İsgəndərin Atropatı Kiçik (Şimali) Midiyaya satrap təyin etdiyi il ilə, Roma ordusunun Albaniyanı məğlub etdiyi Qanıx döyüşünün baş verdiyi il arasındakı zaman fərqini (neçə il olduğunu) hesablayın. (Hər ikisi e.ə. baş vermişdir)
26. Qədim dövr döyüşlərini və onların nəticələrini uyğunlaşdırın:
1. Uauş döyüşü (e.ə. 716)
2. Qavqamela döyüşü (e.ə. 331)
3. Maqneziya döyüşü (e.ə. 190)

a. Roma ordusu Selevkilərə qalib gəldi, Atropatena dövləti yenidən müstəqil oldu.
b. Makedoniya ordusu qalib gəldi, Əhəmənilər məğlub oldu.
c. Urartu qalib gəldi, Aza məğlub oldu və öldürüldü.
d. Roma ordusu qalib gəldi, Albaniya məğlubiyyətə uğradı.
ABCD
1
2
3
27. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri seçin:
  1. Səbəb: Makedoniyalı İsgəndərin Ekbatandan keçən mühüm ticarət yollarını və şərqlə əlaqələri nəzarətdə saxlamaq istəyi. Nəticə: Böyük (Cənubi) Midiyanı öz hakimiyyəti altında saxlaması.
  2. Səbəb: Manna hökmdarı Ahşerinin İskitlərlə ittifaq quraraq Assuriya əleyhinə çıxması. Nəticə: Assuriya ordusunun ilk döyüşlərdə məğlub olub geri çəkilmək məcburiyyətində qalması.
  3. Səbəb: Kür və Qanıx döyüşlərində Romanın məğlub olması. Nəticə: Albaniyanın Romanın əyalətinə çevrilərək xristianlığı qəbul etməsi.
  4. Səbəb: Kuti dövlət qurumunun yaranması. Nəticə: Şumerlərin Cənubi Qafqazdan kütləvi şəkildə Orta Asiyaya sürgün edilməsi.
  5. Səbəb: III Daranın öz adamları tərəfindən öldürülməsi (e.ə. 330). Nəticə: Əhəməni imperiyasının tamamilə dağılması və İsgəndərin bütün canişinləri vəzifədən azad etməsi.
1
2
3
4
5
III Bölmə: Situasiya sualları (28-30)
Situasiya mətni: “E.ə. IV yüzilliyin 30-cu illərinin əvvəllərində Şərqə doğru irəliləyən böyük fatih, qədim və qüdrətli bir imperiyaya həlledici zərbə vurdu. Bu dövrdə həmin imperiyanın tərkibində Midiya satraplığını idarə edən şəxs fərasətli və uzaqgörən bir siyasətçi idi. E.ə. 331-ci ildə Şimali Mesopotamiyada baş vermiş həlledici döyüşdə imperiyanın sonuncu hökmdarı məğlub olduqdan sonra, həmin satrap qaçan şahın yanına Ekbatana deyil, öz hərbi dəstələri ilə zərdüştiliyin əsas mərkəzi sayılan şəhərə çəkildi. O, İsgəndərlə hərbi mübarizənin faydasız olduğunu başa düşdüyü üçün ona yaxınlaşmaq yolunu seçdi. Çox keçmədən e.ə. 328-ci ildə fatihlə münasibətləri qurdu və onun tərəfindən ölkəsinin şimal hissəsinə (Kiçik Midiyaya) yenidən hakim təyin edildi. Nəticədə o, sonradan öz adı ilə adlanacaq Azərbaycan tarixində mühüm bir müstəqil dövlətin əsasını qoydu.”
28. Mətndə bəhs edilən və e.ə. 331-ci ildə Əhəmənilərə sarsıdıcı zərbə vuraraq onları məğlub edən həlledici döyüşün və ona rəhbərlik edən böyük fatihin adını yazın.
29. Mətndə haqqında danışılan, uzaqgörən siyasəti nəticəsində Kiçik Midiyada hakimiyyətini qoruyan satrapın adını və onun e.ə. 331-ci ildən sonra çəkildiyi (zərdüştiliyin əsas mərkəzi olan və eyni zamanda yaratdığı dövlətin paytaxtı olacaq) şəhərin adını qeyd edin.
30. Mənbəyə əsasən, fatihin e.ə. 328-ci ildə satraplığı iki yerə böldüyü zaman Böyük (Cənubi) Midiyanı öz mütləq hakimiyyəti altında saxlamasının əsas səbəblərindən ən azı birini yazın.